Lənkəran ŞTŞ-nin müdir müavini Güloğlan Bağırov attestatları 500 manata satır........

16-05-2016, 01:07           
Lənkəran ŞTŞ-nin müdir müavini Güloğlan Bağırov attestatları 500 manata satır........
teref.aznun poçtuna Lənkəran MüəllimlərCəmiyyətin sədri Rahim Nuriyev tərəfindən şikayət məktubu daxil olub. Lənkəran ŞTŞ-ni korrupsiya və rüşvətdə ittiham edən Rahim müəllim yazır:
Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 15-də keçirdiyi iclasında rüşvət və korrupsiya məsələsinə bir daha toxundu. Ölkə başçısı bildirdi ki, cəza tədbirləri, inzibati tədbirlər mühüm yer tutur və bu sahədə bizim amansız mübarizəmiz davam etdiriləcək: "Bu məsələ ilə məşğul olan bütün dövlət qurumlarına bir daha tapşırıq verirəm ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır, biz bu bəlanı aradan götürməliyik.Lənkəran Şəhər Təhsil Şöbəsinin müavini Güloğlan Bağırov hər məktəbdən aylıq 300-500 manat haqq toplayır.....Lənkəran Şəhər Təhsil Şöbəsi korrupsiya sahəsində rekorda imza atmağa hazırlaşır, müdir müavini Güloğlan Bağırov üçün hər məktəbdən yığılan aylıqlardan söhbət açsaq, yazıq müəllimlərin ağır duruma necə düşdüyü mənzərə tam aydın olar.Əldə etdiyimiz məlumatlara görə, hər ay şöbənin müdir müavini Güloğlan Bağırov üçün irili - xırdalığından asılı olaraq hər məktəbdən, şöbənin tabeliyindəki məktəbdənkənar müəsissələrdən 200 - 500 AZN məbləğində pul toplanılır. Rayon üzrə92 belə müəsissənin olduğunu nəzərə alsaq, bu xeyli vəsait edir. Şəhər təhsil şöbəsi müdirinin müavini Güloğlan Bağırova isə çatacaq haqqın məbləği və ona verilməsi səhnəsi bir qədər fərqlidir. Müdir müavini üçün rayon üzrə adıçəkilən 92 müəsissədən hər ay yığılan 20 - 50 manat civarında pul zərfin içərisinə qoyularaq məktəb direktoru və yaxud, onların ayırdığı şəxs tərəfindən G. Bağırova kabinetində təqdim edilir. Pulu alarkən müdir müavini öz hərəkətinə “halallıq” çaları verməyi də unutmur. Bu zaman gülümsənən şöbə müdiri, pulu ona təqdim edənə “Allah əvəzini versin. Allah səninçün də yetirsin” ifadələrini işlədərək jestini edir.
teref.azya yazan Rahim müəllim sonra yazır ki, bu insan başa düşmür ki, ona verilən pul rüşvətdir və müəllimlərdən yığılır. Məktəb rəhbərliyinə Allah tərəfindən bunun əvəzinin verilməsi üçün isə direktor mütləq yığımın məbləğini artırmalıdır. Xatırlatmaq yerinə düşərdi ki, Güloğlan Bağırovun idarə etdiyi xarici markalı avtomobil çox bahalı, 30 - 50 000 manat civarındadır. Yəqin ki, şöbə müdiri öz halal zəhməti ilə bunu ala və saxlaya bilməzdi. Daha bir məlumatda göstərilir ki, ötən ilin noyabr ayında şəhər təhsil şöbəsini yoxlayan Hesablama Palatasının fəaliyyəti uğurlu alınıb. Yoxlamanın ilk günündə təhsil şöbəsində xeyli nöqsan aşkarlayan müfəttişlər sonda razılığa gələ biliblər. Beləliklə, rayon üzrə irili - xırdalığından asılı olaraq hər bir məktəbdən şöbə müdirinin göstərişi ilə, 3000 - 8000 (hər müəllimdən 30-50 manat) civarında pul toplanaraq qonaqlar yola salınmışlar.
Rüşvətdən və müəllimlərin çıxılmaz vəziyyətindən şikayət edən Rahim müəllim teref.az-ya yazır, kənd müəllimi Rövşən Əliyev deyir ki, Lənkəran rayonun təhsil şöbəsində maliyyə yoxlaması gedir:«Lənkəranda müəllimlərin hamısından pul yığırlar. Normalda 20 manatalırlar.Eləsi var ki, ondan 70 manat alırlar.Yoxlama aparırlar.Guya 60 min əskik çıxıb.Məktəblərin direktorlarından tələb edirlər, direktorlar da müəllimlərdən yığırlar».«KƏND MƏKTƏBLƏRİNDƏN 2 MİN, ŞƏHƏR MƏKTƏBLƏRİNDƏN 10-15 MİN...» Lənkəran ŞTŞ-nin müdir müavini Güloğlan Bağırov attestatları 500 manata satır.Lənkəran ŞTŞ-nin 4-saylı məkəbində baştutan attestat alveri valideynlərə 500 manata başa gəldi.Rayon rəhbərlərinin adını hallandıran Lənkəran ŞTŞ-nin müdir müavini Güloğlan Bağırov kimə güvənir? 12-13-14 may 3(üc) gün davam edən bu imtahan hətta bəzi valideynlərə 800 manata başagəldi. Bala-Şürük, Avrora, Mağanojba, Girdəni, Liman 2, Ürgə, Boladi, Darquba,1,2,3,4,5,6, 8 saylı, Qurumba, Şovu, Lənkəranşəhər 1, 2, 3, 4,5, 6, 7, 9,10 saylı, Sütəmurdov, Velədi orta məktəblərinin direktorlarını çağıraraq kənd məktəblərinin direktorlarından əlavə pul yığıb. Lənkəranda 90-a qədər ümumtəhsil məktəbi fəaliyyət göstərir.Lənkəran ŞTŞ-nin müdir müavini Güloğlan Bağırov ücün attestatlara görə 500 manat pulu orta məktəblərinin direktorları yıgır.
Lənkəran Müəllimlər Cəmiyyətin sədri Rahim Nuriyev
teref.az olaraq dəfələrlə Lənkəran ŞTŞ -i ilə əlaqə saxlamaq istəsəkdə əlaqə yarada bilmədik. Telefonlarımıza gah cavab vermədilər, götürəndə bir dəqiqə gözləyin deyib yoxa çıxdı.
lakin yenə teref.az olaraq qarşı tərəfin fikirlərinə dinləməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.