ABŞ və Cənubi Koreya Pxenyana 4 raketlə CAVAB VERDİ

5-10-2022, 09:55           
ABŞ və Cənubi Koreya Pxenyana 4 raketlə CAVAB VERDİ
Şimali Koreyanın çərşənbə axşamı ehtimal olunan "Hwasong-12" qitələrarası ballistik raketini (ICBM) buraxmasından sonra ABŞ və Cənubi Koreya hərbçiləri çərşənbə günü Yapon dənizinə doğru dörd yer-yer tipli raket atıblar.

Publika.az xəbər verir ki, bu barədə "Yonhap" məlumat verib.

Bildirilib ki, ABŞ və Cənubi Koreya hər biri iki Ordu Taktik Raket Sistemi (ATACMS) idarə olunan raket atıb.

Xatırladaq ki, çərşənbə axşamı Şimali Koreya Yaponiyanın şimalındakı Aomori prefekturasının üzərindən uçan və Yaponiyanın eksklüziv iqtisadi zonasından kənarda Sakit Okeana düşən raket buraxıb. Bu, 2017-ci ilin sentyabr ayından Yaponiya ərazisi üzərində uçan ilk Şimali Koreya raketi olub. Balistik raketin güman edilən səyahət məsafəsi - təxminən 4600 km - Şimali Koreya sınaqları tarixində ən böyük raket hesab olunur. Raket Yaponiya sahillərindən təxminən 3200 km aralıda düşüb. Bu, Şimali Koreyanın bu il 23-cü raket sınağı olub.

ABŞ oktyabrın 5-də Şimali Koreyanın raket sınaqları ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyib.




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.