Kliçko: “Kiyev enerji obyektlərini qoruyacaq”

29-10-2022, 00:02           
Kliçko: “Kiyev enerji obyektlərini qoruyacaq”
“Kiyevə enerji obyektlərini qorumaq üçün yeni hava hücumundan müdafiə sistemləri göndərilib”.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.

“Hərbçilər məni əmin ediblər ki, yeni hava hücumundan müdafiə sistemləri paytaxta gətirilib. Səma daha çox qorunacaq. Ümid edirik ki, kamikadze dronlar vasitəsilə hücumlar və təxribatlar bundan sonra baş verməyəcək”, - o deyib.

Xatırladaq ki, daha əvvəl Ukraynanın Baş naziri Denis Şmıqal Almaniyanın tədarük etdiyi IRIS-T sisteminin xüsusilə Kiyev vilayətində çox daysa insanın həyatını xilas etdiyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru