İsraildən birbaşa Qətərə ilk sərnişin təyyarəsi yola düşdü

21-11-2022, 10:44           
İsraildən birbaşa Qətərə ilk sərnişin təyyarəsi yola düşdü
Qətərdə futbol üzrə Dünya Çempionatının başlaması münasibətilə İsrail və ərəb ölkəsi arasında ilk birbaşa sərnişin reysi bazar günü həyata keçirilib.

Məlumata görə, Tel-Əviv-Doha marşrutu üzrə uçuşu əsas səhmdarlarından biri İsrailin “Knafaim” holdinqi olan Kiprin “TUS Airways” aviaşirkəti icra edib. Səyahət vaxtı 3 saat 35 dəqiqə olub.

Bildirilr ki, “TUS Airways” Tel-Əvivdən Dohaya və əks istiqamətdə ümumilikdə altı birbaşa uçuş həyata keçirəcək. Mundialdan sonra uçuş proqramı davam etdirilməyəcək.

Qeyd edək ki, ümumilikdə 10 minə yaxın israilli və fələstinli Dünya Çempionatının oyunlarına bilet alıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru