“Whatsapp”da səsli mesajları status kimi dərc etmək mümkün olacaq

26-11-2022, 09:18           
“Whatsapp”da səsli mesajları status kimi dərc etmək mümkün olacaq
Tezliklə “WhatsApp” istifadəçilərinə səsli mesajları status kimi dərc etməyə icazə veriləcək.

Belə ki, bu funksiya artıq Android üçün sınaqdan keçirilib.

Bu dəfə yenilik tətbiqin iOS üçün ən son beta versiyasında tapılıb.

Qeyd olunur ki, statusda 30 saniyəyə qədər səsli qeydləri dərc etmək mümkün olacaq. Bu halda, istifadəçilərə statusa mətn də əlavə etmək imkanı veriləcək.

Yeniliyin messencerin sabit versiyasının istifadəçiləri üçün nə zaman əlçatan olacağı məlum deyil.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru