Yəməndə 130 milyon dollarlıq limanın tikilməsi planlaşdırılır

4-01-2023, 11:38           
Yəməndə 130 milyon dollarlıq limanın tikilməsi planlaşdırılır
Yəmən hökuməti iki ay ərzində Əl-Məhra əyalətinin şərqindəki Kişn rayonunda limanın tikintisinə başlamağı planlaşdırır.

Ölkənin nəqliyyat nazirinin müavini Naser Şurayf bildirib ki, layihə 130 milyon dollar dəyərində qiymətləndirilir.

Onun sözlərinə görə, Yəmən hökuməti “Ajham Energy & Mining Co.” ilə 50 il müddətinə konsessiya şərtləri ilə Ərəb dənizində limanın üç il ərzində tikintisi üçün müqaviləni təsdiqləyib. Limana faydalı qazıntıların daşınması üçün 45 milyon dollar dəyərində olan yolun tikintisi nəzərdə tutulur.

Mənbə: Bloomberg












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru