“Sputnik Litva”nın baş redaktoru saxlanıldı

6-01-2023, 08:07           
“Sputnik Litva”nın baş redaktoru saxlanıldı
“Sputnik Litva”nın baş redaktoru Marat Kasem Latviya Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

Yanvarın 5-də məsələ ilə bağlı məhkəmə iclası keçirilib. Kasemin vəkili onun zaminə buraxılmasında israr etsə də, məhkəmə həbs-qətimkan tədbiri seçilməsinə qərar verib.

Jurnalist artıq Riqa mərkəzi həbsxanasına köçürülüb.

Kasemin işində söhbət iki maddədən gedir - Aİ-nin Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyalarının pozulması, həmçinin casusluq. İkinci maddəyə görə, jurnalisti 20 ilədək həbs cəzası gözləyir.

Marat Kasem Latviya vətəndaşıdır, bir neçə ildir ki, Moskvada “Sputnik Litva”nın da daxil olduğu “Russia Today” media qrupunda işləyir. Dekabrın 30-da jurnalist ailəvi səbəbdən Latviyaya gəlib.

2019-cu ilin may ayında Kasem işgüzar səfərə gəldiyi Vilnüsdə saxlanılıb. Bir neçə saatlıq sorğu-sualdan sonra o, ölkədən qovulub, milli təhlükəsizliyə təhdid səbəbiylə beş il müddətinə Litvaya girişi qadağan olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru