Ukrayna kəşfiyyatı: “Rusiyada iğtişaşlar başlayacaq”

10-02-2023, 08:19           
Ukrayna kəşfiyyatı:
“Rusiyada iğtişaşlar başlayacaq”.

“RBK Ukraina” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.

O bildirib ki, bu, Ukrayndakı Maydan hadisələri kimi mənalı etiraz yox, iğtişaş olacaq: “Çünki Rusiyada vətəndaş cəmiyyəti yoxdur”.

A.Yusovun sözlərinə görə, iğtişaşların başlanması zaman məsələsidir: “İğtişaşlar rejimin dəyişməsi və yenidən formalaşmaə ilə başa çatacaq”.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bir müddət əvvəl bildirmişdi ki, müharibədən sonra Rusiya parçalana bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru