İnsanlar 10 ilə Marsa enə biləcəklər - İlon Mask

10-02-2023, 10:35           
İnsanlar 10 ilə Marsa enə biləcəklər - İlon Mask
İnsanlar 10 il ərzində Marsın səthinə enə biləcəklər.

Lent.az xəbər verir ki, bunu “SpaceX”in qurucusu İlon Mask deyib.

“Etiraf edirəm, mən optimistəm, inanıram ki, Marsa insanların enməsi mümkündür və bu, çox güman 10 ildən sonra mümkün olacaq” – deyə o, bildirib.

İlon Mask “SpaceX” şirkətinin Marsa uçuşlar üçün nəzərdə tutulmuş, 100 nəfər tutumuna malik və təkrar istifadə edilə bilən “Starship” gəmisinin bunun üçün hazırlandığını qeyd edib. Bu günə qədər “Starship” prototipləri bir neçə sınaq uçuşu edib və Yerə qayıdıb. Lakin indiyədək bütün sınaqlar yalnız Yer atmosferində aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru