Ceyn Ostinin evi satışa çıxarılıb – FOTO

22-03-2023, 12:47           
Ceyn Ostinin evi satışa çıxarılıb – FOTO
İngilis yazıçısı Ceyn Ostinin Hempşirdəki mülkü “Knight Frank” daşınmaz əmlak agentliyi tərəfindən satılır.

Söhbət məşhurun doğulduğu və 19-cu əsrin əvvəllərində “Qürur və qərəz”, “Nortenger abbatlığı”, “Hiss və hissiyat” əsərlərini yazdığı evdən gedir.

Obyekt 20 hektardan çox sahədə yerləşir.

Evin içərisində bir neçə yataq otağı, böyük yemək otağı, qonaq otağı, kamin otağı və şərab anbarı var. Ərazidə tennis kortu, hovuz və albalı ağacları olan bağ da var. Tarixi mülk üçün 10,5 milyon dollar tələb olunur.





Mənbə: gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.