Nəriman Əliyevin diplom qalmqalı böyüyür - ŞOK FAKTLAR
22-06-2016, 00:55
Son illər mətbu orqanlarda icra başçılarının, millət vəkillərinin harda təhsil alması və əsasən saxta diplomlara sahib olmaları ilə bağlı ciddi məlumatlar yer alır.
Filan deputatın təhsili yoxdur, diplomu saxtadır, filan icra başçısı Dağıstan Respublikasından diplom alıb və sairə. Amma, bəzi məmurlar var ki, diplomu harda almasından asılı olmayaraq savadı yoxdur. Diplom insana savad vermir, sadəcə bir rəsmi sənəd funksiyasını yerinə yetirir.
Son günlər mətbuatda diplom qalmaqalı ilə bağlı daha bir deputatın adı çəkilirdi. Mətbuat iddia edirdi ki, Masallı rayonunda deputat olan Nəriman Əliyevin diplomu yoxdur və ya onun diplomu saxtadır.
Amma Bizimxeber.az-a danışan şəxs isə daha ciddi faktlar açıqlayıb. Nəriman Əliyev 1998-2003-cü illərdə Rostov Dövlət Universitetinin hüquq diplomuna sahibdir. Əsas məqam odur ki, o orda oxumayıb. Sadəcə adı gedib, özü isə biznes fəaliyyəti ilə məşğul olub.
1998-2003 illərdə Rostov Dövlət Universitetində oxuyan şəsxlərdən biri bildirir ki, bu illərdə RDU-da belə bir tələbəyə rast gəlməyib: “Azərbaycandan olan bütün tələbələri tanıyırdıq. Hətta orda tələbələrin bir təşkilatı da var idi, ayda bir dəfə toplaşırdıq. Mən orda Nəriman Əliyev adında tələbə görməmişəm”.
Nəriman Əliyevə yaxın olan şəxslər isə bildirir ki, deputat ümumiyyətlə, rus dilini bilmir. Elə isə maraqlıdır, Nəriman Əliyev RDU-da necə oxuyub? Rus dilini bilməyən bir tələbə necə diplom alıb? Daha ciddi faktlar var və yaxın zamanda bu barədə geniş məlumat verəcəyik.
Yaxın günlərdə, Rostov Dövlət Universitetinə rəsmi sorğu göndəriləcək. Sorğunun cavabını oxuculara təqdim edəcəyik.
Araşdırmalarımız davam edir…