İranlı məşhur reperin edam hökmü dəyişdirildi - FOTO

8-07-2023, 11:44           
İranlı məşhur reperin edam hökmü dəyişdirildi - FOTO
İranın ictimai problemləri və repressiv hökumətin siyasəti ilə bağlı etiraz mahnıları ilə tanınan musiqiçi Tumac Salehinin barəsində çıxarılan hökm dəyişdirilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, məşhur reper səlahiyyətli orqanlarla “səmərəli əməkdaşlıq” etdiyinə görə, barəsindəki edam hökmü həbs cəzasına endirilib.
Qeyd olunur ki, molla rejimi tərəfindən həbs edilən musiqiçi çox ağır işgəncələrə məruz qalıb.

Hətta ondan etiraf almaq üçün barmaqları sındırılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.