“WhatsApp”dan söhbətləri asanlaşdıracaq maraqlı funksiya - FOTO
9-07-2023, 10:58
“WhatsApp” daha bir maraqlı funksiya barədə elan edib. Belə ki, “Android” proqramında bundan sonra çatları filtrdən keçirmək mümkün olacaq.
Yeniləmədən sonra çat siyahısının yuxarısında üç filtr - oxunmamış mesajlar, şəxsi və iş söhbətləri üçün, olacaq.
Bu, istifadəçilərin vacib söhbətləri tapmasını və onlara daxil olmasını asanlaşdıracaq. Çat filtrləməsi gələcək yeniləmədə bütün istifadəçilər üçün əlçatan olacaq.