"Ukrayna Rusiyanın müdafiəsini yara bilmədi"

17-07-2023, 08:48           
"Ukrayna Rusiyanın müdafiəsini yara bilmədi"
Ukrayna əks-hücum zamanı Rusiyanın müdafiəsini yara bilməyib.
Bu sözləri Rusiya lideri Vladimir Putin deyib.
“Düşmənin müdafiəmizi yarmaq üçün etdiyi bütün cəhdlər - bu, strateji ehtiyatlardan istifadə də daxil olmaqla bir vəzifədir - əks-hücumun başladığı vaxtdan bəri uğursuz oldu. Düşmən uğur qazanmır” - Putin “Moskva. Kreml. Putin” proqramında bildirib.
Putin xüsusi hərbi əməliyyatın gedişini müxbət qiymətləndirdiyini də vurğulayıb: “Birləşmələrimiz özünü qəhrəmancasına aparır. Düşmən üçün gözlənilmədən bəzi ərazilərdə hücuma keçirlər, ən sərfəli mövqeləri tuturlar, yüksəklikləri götürürlər və s.”
Putin xüsusi hərbi əməliyyatın gələcək vəzifələri haqda sualı bu cür cavablandırıb: “Bunu sizə kameralar söndürüləndən sonra ayrıca deyərəm”.
conflict.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.