Rusiyanın dövlət borcu artır

18-07-2023, 17:54           
Rusiyanın dövlət borcu artır
Rusiyanın dövlət borcu artaraq, 32 trilyon rubla çata bilər.

Axar.az xəbər verir ki, bunu Rusiya maliyyə nazirinin müavini İrina Okladnikova deyib.

“Hazırda dövlət borcu 22,8 trilyon rubl və ya ÜDM-in 14,9%-ni təşkil edir. Bu, hələlik bizim təhlükəsiz “sərhədimizdir”. Amma başa düşürük ki, indiki vəziyyətdə dövlət borcu artacaq, çünki xərclərimiz artır. Rusiyanın dövlət borcu ÜDM-in müəyyən edilmiş 20%-i daxilində artacaq, yəni, nəticədə ölkənin borcu 32 trilyon rubl təşkil edəcək”, - o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.