Salyan xəstənasanda nələr baş verir - 2 körpə ölən xəstəxanasının baş həkimi haqda yeni məlumatlar
29-06-2016, 16:37
Salyanda dünyaya gələn üçəmin 2-nin tələf olması mətbuatın gündəmindən düşmür.
Salyan xəstəxanasının gecə yarı işıqsız qalması ucbatından tələf olan körpələrin məsuliyyətsizliyin qurban olduğu hamıya aydındır. Maraqlıdır ki, baş verənlərdən sonra xəstəxananın baş həkimi, cavabdeh şəxslərə inzibati tənbeh tədbirləri belə elan edilmədi.
AzMedia.infoya Salyandan daxil olan məlumatda deyilir ki, Hüseynağa Həsənov 4 ildir ki, xəstəxananın baş həkimi vəzifəsinə təyin olunub. Ötən müddət ərzində salyanlılar və ətraf rayonların sakinləri ciddi çətinliklərlə üzləşiblər. Salyan sakinləri iddia edirlər ki, Şirvan şəhərindən Salyana baş həkim vəzifəsinə gələn Hüseynağa Həsənov yalnız maddi durumunu yaxşılaşdırmaq, imkanlarını genişləndirməyi düşünüb. Baş həkimi 4 ildə xəstəxananın problemləri maraqlandırmayıb. Ancaq öz kef, eyş-işrət həyatını yaşayıb. Spirtli içkilərə meylli olan baş həkim Hüseynağa Həsənov 2 dəfə sərxoş vəziyyətdə avtomobil qəzası keçirdiyi iddia olunur. Qeyd edilir ki, həmin qəzalar zamanı ağır bədən xəsarətləri də alıb.
Maraqlı məqam budur ki, baş həkim Şirvan şəhərində yaşayır. Hər gün Salyan rayonuna işə gedir. Baş həkim olduğu 4 ildə Hüseynağa Həsənovun Şirvandan Salyana gəlib getməsi üçün avtomobilinə sərf etdiyi yanacağa ayırdığı vəsait hansı büdcə hesabına ödəyirsə çox maraqlıdır. Hər gün baş həkim günün ikinci yarısı, 16 radələrində Salyanı tərk edir və Şirvanda yerləşən evinə gedir. Yerləşdiyi əraziyə görə məsuliyyət tələb edən və nə az, nə çox 1300 nəfər tibbi personalı olan Salyan xəstəxanası 4 ildir ki, günortadan sonra Allahın ümidinə qalır. Nə Səhiyyə Nazirliyi, nə də yerli icra hakimiyyəti baş həkimdən ərazini tərk etdiyinə görə izahat tələb etmir. Bundan əvvəlki baş həkim İbrahim Cəfərov Salyan rayonunda yaşayırdı və ən xırda problem olanda işinin başında olurdu. Tibb işçiləri eləcədə rayon sakinləri sabiq baş həkimin fəaliyyətindən çox razı olublar. İddiaya görə məlum faciəvi olay baş verən günə qədər Hüseynağa Həsənov xəstəxananı telefonla idarə edib. Xəstəxananın gecə yarısı işığının sönməsi və generatorun qoşulmaması problemi də buradan qaynaqlanır.
Bildirlir ki, 2 körpənin tələf olmasına bənzər olaylar Salyan xəstəxanasında əvvəllər də baş verib.
Xıdırlı kəndində ötən il xəstə üstünə təcili yardım gec gəldiyindən xəstə ölmüşdür. Gecə yarısı Xıdırlı sakinləri ayağa qalxmışdılar və vəziyyət üsyan həddinə çatmışdır. Ayağa qalxan sakinləri sabiq icra hakimiyyətinin başçısı Tahir Kərimov Xıdırlıya gələrək danışıqlar apararaq xahiş minnətdən sonra sakitliyi bərpa etmişdilər. Xıdırlı hadisəsində MTN-nin Salyan şöbəsinin rəisi Nəsimi Əhmədov icazəsiz ərazini tərk etdiyinə görə tutduğu vəzifədən uzaqlaşdırılıdı.
Baş həkim Hüseynağa Həsənovu Tahir Kərimov Salyandan qovmuşdı. Elmar Vəliyevin Tahir Kərimova xahiş, minnətindən sonra baş həkim vəzifəsində qala bildi. Hüseynağa Həsənov Gəncənin icra başçısı Elmar Vəliyevin qohumudur. Hüseynağa Həsənovun mərhum general qardaşı, baş prokurorluğun sabiq idarə rəisi Əzizağa Hüseynovla Elmar Vəliyev qudadırlar.