Bakıdakı universitet binasında insanların həyatı təhlükədə - VİDEO

14-07-2016, 19:44           
Bakıdakı universitet binasında insanların həyatı təhlükədə - VİDEO
Bakıdakı təhsil ocağında insanların həyatı təhlükə altına atılır. Oxucuların Criminal.az saytına verdiyi məlumata görə, hazırda İnşaatçılar prospektində yerləşən Mədəniyyət və İncəsənət Universitetinin damında təmir işləri aparılır. Görülən işlər binanın gözəlləşməsi üçün olsa da, orda işləyən insanların həyatı bir anda məhv ola bilər. Təhsil ocağının damını düzəldən ustalar hər an ordan yıxılaraq ölə bilər. Heç bir təhlükəsizlik vasitələrindən və geyimdən istifadə olunmur.

Oxucu deyir ki, küləkli havada isə vəziyyət daha da təhlükəli olur. İşçilər ani ehtiyatsızlıqla həyatlarını itirə bilər.

Məsələ ilə bağlı Mədəniyyət və İncəsənət Universitetinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nərmin Qaralova Criminal.az saytına açıqlamasında bildirdi ki, təmir işləri Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilir. Təmir işləri hansı şirkətə tapşırılıbsa, işçilərin təhlükəsizliyi ilə elə özləri məşğul olmalıdır.

[media=https://www.youtube.com/watch?v=nCESiyN2ZXA]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.