MiQ-25P təyyarəsini Yaponiyaya qaçırdan pilot 76 yaşında ABŞ - da vəfat etdi
21-11-2023, 15:58
Ən yeni sovet qırıcı nəslindən MiQ-25P-ni Yaponiyaya qaçıran sovet pilotu Viktor Belenko 76 yaşında ABŞ-da vəfat edib. Bu barədə New York Times qəzeti yazır. Nəşr aydınlaşdırır ki, Belenko İllinoys ştatında qocalar evində ölüb. Qabaqcıl MiQ-25P ilə Yaponiyaya uçan pilot 1980-ci ildə Amerika vətəndaşlığını alıb və soyadını Şmidt olaraq dəyişib. O, ABŞ-da təyyarə istehsalçıları və federal agentliklərdə məsləhətçi kimi işləyib. 6 sentyabr 1976-cı ildə baş leytenant Viktor Belenko MiQ-25P təyyarəsi ilə Yaponiyaya uçaraq Hokkaydo adasındakı aerodromda eniş etdi və bununla da məxfi təyyarəni ABŞ kəşfiyyat xidmətlərinin öyrənməsinə şərait yaratdı. Təyyarənin tezliklə Sovet İttifaqına qaytarılmasına baxmayaraq, amerikalılar qırıcının dizaynı və mühərriki ilə hərtərəfli tanış ola bildilər. Anar Soltanoğlu Teref. Xocanın Blogu