Hafka 1 milyonu ödəyib, "Yaguar"ını "azadlığa" çıxardı

7-12-2023, 00:06           
Hafka 1 milyonu ödəyib, "Yaguar"ını "azadlığa" çıxardı
Bakıda 1 milyon manatdan çox borcunu ödəyən şəxsin bazar dəyəri yarım milyon manatdan çox olan avtomobilinin üzərində qoyulan həbs götürülüb.

Borclu şəxs 698.000 ABŞ dolları borcu və 30 manat dövlət rüsumunu ödəyib. Bu səbəbdən Yasamal Rayon Məhkəməsinin qərarı ilə "Yaguar" markalı avtomobilin üzərinə qoyulmuş həbs götürülüb.

Sözügedən avtomobilin "Hafka" ləqəbli tanınmış iş adamı Hafiz Məmmədovun oğlanlarının birinə məxsus olduğu iddia edilir. Onun Azərbaycan Beynəlxalq Bankına və Dövlət Vergi Xidmətinə külli miqdarda borcu olub.

Xatırladaq ki, iş adamı ötən il Dövlət Vergi Xidmətinə yaranmış borcunu ödəmədiyi üçün həbs edilmişdi. Qısa zamanda borcun 600 min manatını ödəyən "Hafka" ev dustağlığına buraxılmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.