FIA prezidenti səhhəti ilə əlaqədar tibbi yardıma və dəstəyə görə təşəkkür etdi - FOTO

8-12-2023, 15:06           
FIA prezidenti səhhəti ilə əlaqədar tibbi yardıma və dəstəyə görə təşəkkür etdi - FOTO
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed ben Sulayem Heydər Əliyev Mərkəzində keçirilən FIA Baş Assambleyasının yekun iclasında səmimi çıxışı ilə diqqət çəkib.

Belə ki, FIA prezidenti Bakıda qaldığı hoteldə otaqda yıxıldığını və səhhətində yaranmış durumla bağlı FIA-nın son toplantılarına qatıla bilmədiyini deyib:

“Səhhətimdə gözlənilməz halla bağla Bakıda mənə göstərilən təcili tibbi dəstəyə görə Azərbaycan Avtomobil Federasiyasının komandasına və federasiyasının prezidenti Anar Ələkbərova təşəkkürümü çatdırmaq istəyirəm. Komandanın dəstəyi nəticəsində dərhal xəstəxanaya yerləşdirildim və hər bir məqam həkimlərin, AAF komandasının tam nəzarətinə götürüldü”.
Qeyd edək ki, FIA prezidenti yerləşdirildiyi xəstəxanadan artıq ötən gün gecə buraxılıb və bu gün səhərdən FIA Baş Assambleyasının iclaslarında iştirak edir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru