Şəkidə əhali susuzluqdan əziyyət çəkir-Şikayət
27-07-2016, 10:32
Şəki rayonunda əhali susuzluqdan əziyyət çəkir.Yayın qızmar çağında insanlar istifadə etməyə təmiz su tapmırlar.teref.az saytına Şəki sakini şikayət məktubu yollayıb .Məktubu olduğu kimi sizə təqdim edirik:
Şəkidə həftədə bir neçə saat su verilir.Əhali suyu su idarəsinin su maşınlarının haradansa doldurub gətirdiyi təmiz suyu 20 manata almağa və həyətlərindəki su çənlərini doldurmağa məcburdur. Sel gəldi, yağış yağdı bəhanələri ilə idarə əhaliyə təmiz su vermir. Ancaq idarənin işçiləri ünvanlara vermədikləri suyun pulunu ödəmek üçün qəbzlər yazıb verir və onsuz da çətin dolanışıqla yaşayan ailələrin üzərinə borc yığılır.Nə Azərsunun Şəki şöbəsinin işçilərinin, nə də Şəki icra hakimiyyətinin su problemini kökündən həll etməkdə maraqlı görünmürlər. Dövlət büdcəsindən ayrılan pullarla ildə bir neçə dəfə dağ çayının ətrafına gülünc vəziyyətdə, yüngülvari bənd çəkirlər ki, bu bənd adlanan "bənd"əri növbəti yağıda çayın gur suları bir kənara atır. Hər dəfə "bənd"adlanan bənd çəkməyə dövlətin büdcəsinin pulları xərclənir. İçməyə,çimməyə,paltar yumağa,yemək hazırlamağa təmiz suyu su maşınları vasitəsi ilə nağd pulla alan əhali təbii ki, su idarəsinin lilli ,palçıqlı sularından istifadə etmədiyi üçün pul ödəmir. Bu gedişlə Şəkidə su problemi həll edilənə oxşamır. Xarici şirkətlər gəlir,layihələr hazırlayır,əhali ümidlənir (yəqin ki,həmin xarici şirkətlər də Azərbaycan büdcəsindən pul alır) ,sonra nə olursa, şirkət Şəkini, Azerbaycanı tərk edib gedir və ya iş tamamlanmamış yola salınır. Bu yaxın günlərədək əhali ümidlə yaponların onları temiz sulu, cayğaclı günlərə çıxaracağını gözləyirdi.Onlarda bu günlərdə çıxıb getdilər.. Dövlət büdcəsi də,əhali də yenə qaldı kimlərinsə maraq dairəsində.Günahkar da hər zaman sel və yağışdır.