Zeynalov Dadaş İbrahimovu “bayıra”atdı- NÖQSANLARINA GÖRƏ

27-07-2016, 15:48           

Ötən gün xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi tərəfindən Ağcabədi Rayon Polis Şöbəsində yoxlama aparılıb.
teref.az “azvision.az”a istinadən xəbər verir ki, yoxlamalar nəticəsində Dövlət Yol Polisi Bölməsinin fəaliyyətində nöqsanlar aşkar edilib.
Nəticədə Ağcabədi Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsin rəisi, polis mayoru Dadaş İbrahimov vəzifəsindən kənarlaşdırılaraq sərəncama göndərilib.
Ağcabədi Rayon Polis Şöbəsindən faktı təsdiq ediblər. Bildirilib ki, hələlik onun yerinə təyinat yoxdur.
D.İbrahimov bu vəzifəyə 2014-cü ildə təyin edilmişdi.
Qeyd edək ki, bundan öncə yoxlama tədbirləri nəticəsində Beyləqan rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Zöhrab Məmmədov da vəzifəsindən kənarlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru