Eldar Mahmudovun kadrı Ədliyyə Nazirliyində vəzifə aldı
28-07-2016, 12:28
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Gəncə şəhər İdarəsinin sabiq bölmə rəisi Elşən Məmmədov Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə İcra İdarəsinin rəis müavini təyin edilib. Bu barədə Gununsesi.info-ya Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə İcra İdarəsinin adının çəkilməsini istəməyən əməkdaşlarından biri deyib. Mənbəmizin xəbərinə görə, Elşən Məmmədov Eldar Mahmudovun qanunsuz əməllərinin əsas icraçılarından biri kimi ad çıxarıb. O, MTN-nin Gəncədə sahibkarları müflisləşdirilməsi, onlardan qanunsuz haqq yığılması prosesində əsas adamlardan olub.
Sabiq MTN zabiti barəsində araşdırmalarımız zamanı isə onun barəsində müxtəlif mənfi xarakterli məlumatlar ortaya çıxıb. Bu məlumatların birində qeyd olunur ki, Elşən Məmmədov hələ Eldar Mahmudovun cinayətkar qruplaşmasının 2013-cü ildə tanınmış jurnalist Pərviz Həşimliyə qarşı saxta-qurama əməliyyatının ҝыфы icraçılarından olub. Belə ki, Pərviz Həşimlinin üzünə dayanan Gəncə sakini Təvəkkül Qurbanov məhz Elşən Məmmədov tərəfindən “verbovka” olunaraq, bu prosesə cəlb olunub. Təvəkkül Qurbanovun həyat yoldaşı Nərgiz Qurbanova isə Elşən Məmmədova məxsus Gəncədəki “İmperial” şadlıq sarayının mühasibi olub.
Jurnalistin həbsindən bir neçə gün sonra bu faktın media tərəfindən ictimailəşdirilməsi o zamankı nazir Eldar Mahmudovu Elşən Məmmədovu işdən çıxarmasına səbəb olub. Belə ki, Elşən Məmmədov əməliyyatın qeyri-peşəkar hazırlanması və qısa zamanda ifşa olunmasından sonra MTN-dən xaric edilib.