Zukerberq mal-qara yetişdirəcək, heyvanlara pivə içirdəcək - FOTO

11-01-2024, 13:24           
Zukerberq mal-qara yetişdirəcək, heyvanlara pivə içirdəcək - FOTO
“Meta” şirkətinin rəhbəri Mark Zukerberq heyvandarlıqla məşğul olmaq qərarına gəlib.

O, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Sahibkar Havaydakı fermasında mal-qara bəsləyir. Heyvanların rasionuna pivə də daxildir. İçkinin özü də iş adamının fermasında istehsal olunur.

Zukerberq vaqyu və anqus cinsli inəkləri yetişdirməyi planlaşdırır. O, mal ətinin dünyada ən yüksək keyfiyyətli olmasını istəyir.

Qeyd edək ki, Zukerberqin Havayda təxminən 607 hektarlıq ərazisi var. Burada o, həm də yeraltı bunker tikir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru