Qatıq və qatıqsız kefir mədə-bağırsaq traktına faydalıdır
12-02-2024, 00:05
Tibb elmləri namizədi, dietoloq, Sankt-Peterburq Universitetinin tibb fakültəsinin dosenti Andrey Bobrovski fermentləşdirilmiş süd məhsullarının faydalarından danışıb.Mütəxəssis Sputnik Radiosuna müsahibəsində bildirib ki, belə məhsullar kalsium, vitamin və zülalla zəngindir.Belə ki, qatıq və kefirin tərkibində bağırsaq mikroflorasına sağlamlıq verən canlı bakteriyalar var. Tərkibində kalsium və zülal olan müxtəlif çeşidli kəsmik də faydalıdır.Bununla belə, bütün qıcqırdılmış süd məhsulları sağlam deyil. Mütəxəssis məhsulların tərkibinə diqqət yetirməyi, minimum miqdarda şəkər, boyalar, konservantlar və E abreviaturası olan əlavələri seçməyi tövsiyə edib.