İtaliyada qocalardan ibarət qarətçi dəstəsi həbs edilib

27-02-2024, 17:14           
İtaliyada qocalardan ibarət qarətçi dəstəsi həbs edilib
Romada poçt şöbələrində bir neçə dəfə oğurluq edən soyğunçu dəstəsi həbs edilib. 60-70 yaş aralığında olan altı cinayətkarın hamısının artıq əvvəllər məhkum olunduğu bildirilir.

Məlumata görə, onlar telefondan istifadə etməyib və barlarda görüşərək növbəti silahlı basqının təfərrüatını müzakirə ediblər. Quldurların fəaliyyətindən dəyən zərərin ümumi məbləği təxminən 500 min dollar qiymətləndirilir.

Polis əlavə edib ki, qısamüddətli məhkəmə prosesindən sonra cinayətkar qrupun üç lideri dörd il müddətinə azadlıqdan məhrum edilib.
Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru