Ordumuzun əsgəri qeyri-şərtsiz qaytarılmalıdır: Əks halda... – AÇIQLAMA

28-02-2024, 15:06           
Ordumuzun əsgəri qeyri-şərtsiz qaytarılmalıdır: Əks halda... – AÇIQLAMA
Ermənistan Milli Təhlükəsizlik Xidməti Zəngəzur rayonunun Dığ kəndi (Tex) yaxınlığında sərhədi keçən azərbaycanlı hərbçinin saxlanılması ilə bağlı məlumatı təsdiqləyib.

Əsgərlərimizin azaraq Ermənistan tərəfə keçmə halları tez-tez baş verir. Bu halların baş vermə səbəbi nədir? Və azaraq Ermənistan tərəfə keçən əsgərimizin taleyi necə olacaq?

Bu mövzu haqqında hərbi ekspert Ədalət Verdiyev Turkustan.az-ın sualını cavablandırıb.

Ədalət Verdiyev: "Düşmənin Qafanda yerləşən bir hərbi hissəsi darmadağın edilib

Ekspert bildirib ki, “Ermənistan artıq 4 ildir ki, sərhədlərin delimitasiyası prosesindən yayınır və bu, şərti dövlət sərhədində xidmət edən hərbi qulluqçuların duman və çiskində azaraq qarşı tərəfə keçməsi üçün münbit şərait yaradır.

Azərbaycan tərəfi iki Azərbaycan əsgərinin qaytarılması müqabilində 32 erməni silahlısını qarşı tərəfə təhvil vermişdi. O zaman rəsmi İrəvan da Azərbaycan ordusunun əsgərini qeyri-şərtsiz qaytarmalıdır. Əks halda bu, münaqişə onsuz da mövcud olan gərginliyi daha da artıracaq və bu, istənilən halda Ermənistan üçün sərfəli olmayacaq”.

Ekspert əlavə olaraq bildirib ki, “belə hallar əvvəllər də baş verib. Adətən azıb qarşı tərəfə keçmə halları ərazinin relyefi və iqlimi ilə əlaqəli olur”.

Eltac Zülfüqaroğlu/Turkustan.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru