"Azərbaycanda əxlaq polisi yaradılmalıdır" - Qalmaqallı açıqlama

22-05-2024, 09:44           
"Azərbaycanda əxlaq polisi yaradılmalıdır" - Qalmaqallı açıqlama
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Tahir Kərimli parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı Azərbaycanda hostellərin sayının artmasının insan alveri qurbanlarının çoxalmasına səbəb olduğunu bildirib. O, həmçinin insan alveri qurbanları arasında kişilərin sayının artmasının narahat doğurduğunu deyib.
Xatırladaq ki, ahir Kərimli 2019-cu ildə də parlamentdə hostelləri “insan alveri” yuvası adlandırmışdı. O, yaşadığı ərazidə hostellərin fəaliyyətindən şikayətlənərək demişdi ki, belə obyektlər yaşayış binasında fəaliyyət göstərdiyi üçün sakinlərin rahatlığını pozur.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu Bakupost.az -a açıqlamasında deputatın fikirləriylə razı olduğunu bildirib.
O qeyd edib ki, sosial şəbəkələrlə də bağlı tədbir görülməlidir:
“Məncə, TikTok-u ya bağlasınlar, ya da orda özlərini satan qız tipli oğlanları, qızları cəzalandırsınlar. TikTok-da yaxşı məlumatlar da paylaşmaq olar. Amma Amerika kimi bir dövlət onu bağladı. Hostellər və gecəqondu adlandırdığımız yataqxanalara gəlincə, orada olmazın hoqqalardan çıxırlar. Rayonlardan bura nə qədər qadın və qızlar gəlir. Ona görə də bununla mübarizə aparmaq üçün əxlaq polisi yaradılmalıdır. Orada jurnalistlərdən, ictimai təşkilat üzvlərindən ibarət adamlar da fəaliyyət göstərməlidir. Hostel sahibləri isə ya böyük məbləğdə cərimə olunmalı, ya da obyektləri bağlanmalıdır. O gün bir elan görüb dəhşətə gəldim. Hostel elanında yazıb ki, “bizdə qalmağın 3 saatı 30 manatdan 20 manata endirilib”. Yəni bu adamlarlar açıq şəkildə hansı xidməti göstərdiklərini bildirirlər . Bu elanı hüquq-mühafizə orqanlarına da göndərdim. Doğrudan da çox biabırçı, əxlaqsız vəziyyət yaranıb. Çünki bu hostellərə görə xəstəlik yayılacaq, qızlarımız xəstə uşaqlar doğacaq. Ona görə də bütün bu məsələlərin qarşısı alınmalıdır”.
Vasif Əlihüseyn












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.