Yaponiyalı alimlərin yeni ixtira etdiyi qaşıq şit yeməyi duzlu edir VİDEO

23-05-2024, 16:34           
Yaponiyalı alimlərin yeni ixtira etdiyi qaşıq şit yeməyi duzlu edir  VİDEO
Unikal texnologiyaları ilə tanınan yaponiyalı alimlər daha bir müasir cihazları ilə gündəm olmağı bacarıblar. Budəfəki ixtira insan sağlamlığını qorumaq üçündür.

Belə ki, onlar şit yeməyə duzlu dad verən "ağıllı" qaşıqlar hazırlayıblar.

Elm adamlarının sözlərinə görə, cihaz zəif elektrik cərəyanı ilə natrium ion molekullarını dildə cəmləşdirir və nəticədə yeməyin dadı dəyişir.

Həkimlərin fikrincə, belə bir cihaz tez-tez müxtəlif xəstəliklərə səbəb olan həddindən artıq duz istehlakı problemini həll etməyə kömək edə bilər.

Qeyd edək ki, bundan əvvəl yaponiyalı alimlər gizli danışıqlar üçün sinxron tərcümə sistemi yaratmışdı.

Mənbə: "Koroçe" "Telegram" kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru