Qocalar evində evlənən 100 yaşlı cütlükdən "Ginnes"ə müraciət
24-05-2024, 12:34
ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində 100 yaşında ailə quran cütlük "Ginnesin Rekordlar Kitabı"na müraciət edib. Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, 100 yaşlı Berni Littman və 102 yaşlı Marjorie Fiterman Filadelfiyadakı qocalar evində evləniblər. Littmanın nəvəsi Sarah Sicerman bu evlilik yaşının rekord olduğunu düşündükləri üçün "Ginnesin Rekordlar Kitabı"na müraciət etdiklərini bildirib. Babasının musiqiçi olduğunu və 65 il evli qaldığını bildirən Sicerman həyat yoldaşının ölümündən sonra qocalar evinə köçdüyünü və Fitermanla orada tanış olduğunu deyib. Həyat yoldaşını itirən Fiterman isə 60 il evli olub. Babası ilə Fitermanın eyni universitetdə oxuduqlarını deyən Sicherman, o zaman onların bir-birini tanımadığına diqqət çəkib. Onun sözlərinə görə, yaşlı cütlük artıq 9 ildir ki, münsibətdədirlər və onlar bu yaxında bunu rəsmiləşdirməyə qərar veriblər.