Papua-Yeni Qvineyada TƏHLÜKƏ: 670-dən çox insanın taleyi müəmmalıdır

27-05-2024, 16:13           
Papua-Yeni Qvineyada TƏHLÜKƏ: 670-dən çox insanın taleyi müəmmalıdır
Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 670-ə yaxın insan həlak ola bilər.

Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatına (BMqT) istinadən məlumat yayılıb.

Təşkilatın bölgədəki nümayəndəsi Serhan Aktoprak bildirib ki, təşkilat ölənlərin sayı ilə bağlı hesablamalarını artırmağa məcburdur. O qeyd edib ki, bazar günü Beynəlxalq Miqrasiya Təşkilatı Papua-Yeni Qvineyada güclü sürüşmə nəticəsində ölənlərin sayının 670-dən çox olduğunu bildirib.

Qeyd olunur ki, 670 qurbanın əhəmiyyətli hissəsi sürüşmə nəticəsində itkin düşənlərdir. Xilasedicilər və itkin düşənlərin yaxınları onların sağ ola biləcəyinə bütün ümidlərini itiriblər. Təcili yardım xidmətləri yalnız beş qurbanın cəsədini tapa biliblər.

Məlumata görə, sürüşmə nəticəsində Kaokalam kəndi praktiki olaraq Yer üzündən silinib. Sürüşmə ərazisində təxminən 1200 ev olub.

Xatırladaq ki, daha əvvəl 300-ə yaxın insanın təbii fəlakətin qurbanı olduğu bildirilirdi.

Mənbə: Associated Press












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.