“Bloomberg”: Ukrayna planlaşdırılandan az F-16 alacaq

13-07-2024, 12:14           
“Bloomberg”:
Ukrayna əvvəlcədən planlaşdırılandan az F-16 qırıcısı alacaq.

Bu barədə "Bloomberg" mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, qırıcı təyyarələrin göndərilməsi gecikmələr, ehtiyat hissələri ilə bağlı suallar və ukraynalı pilotlarla əcnəbi təlimatçılar arasında dil baryerinə görə çətinləşib.

“Həmçinin, ölkənin kifayət qədər uçuş-enmə zolağının olmaması, eləcə də Rusiya ilə münasibətlər narahatlıq yaradır. Bir mənbəyə görə, Ukrayna planlaşdırılan 300 təyyarədən 15-24-nü, başqa bir mənbə isə Kiyevin bu yay 6, ilin sonuna qədər isə 20 F-16 ala biləcəyini deyib”, - “Bloomberg” qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru