"CrowdStrike"a görə zədələnmiş kompüterlərin bərpası üçün alət yaradıldı

22-07-2024, 19:04           
"CrowdStrike"a görə zədələnmiş kompüterlərin bərpası üçün alət yaradıldı
"Microsoft" şirkəti "CrowdStrike" sistemində bu yaxınlarda yaranmış problemin təsirinə məruz qalmış kompüterlərin (FK) qısa bir zamanda diaqnostika və funksionallıqlarını bərpa etmək üçün yardım proqramı təqdim edib.

seher.media "The Verge"ə istinadən xəbər verir ki, utilita USB daşıyıcılarına quraşdırılır və administratorlara systemin təsirinə məruz qalmış kompüterlərdəki problemləri tez bir zamanda həll etməyə imkan verir. Proqram "Windows PE" mühitində işləyir və nasazlıqdan təsirlənən kompüterin məlumat bazasına birbaşa giriş əldə edir. Nasazlığa səbəb olmuş faylları avtomatik olaraq müəyyən edib silməklə, sistemin normal fəaliyyətini bərpa edir. "BitLocker" vasitəsilə disk şifrələməsindən istifadə etdikdə, utilita bərpa prosesinə başlamazdan əvvəl müvafiq parolu daxil etməyinizi xahiş edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru