“Xiaomi 15 Pro” modelinin yeni xüsusiyyəti ortaya çıxıb

1-08-2024, 15:18           
“Xiaomi 15 Pro” modelinin yeni xüsusiyyəti ortaya çıxıb
“Xiaomi”nin növbəti telefonu “Xiaomi 15 Pro”nun daha bir xüsusiyyəti ortaya çıxıb.

İndex.az xəbər verir ki, seriyanın “Pro” modeli qalınlığında heç bir artım olmadan daha böyük batareya tutumu təqdim edəcək.

Qeyd edək ki, daha öncə sızan xəbərlərdə “Xiaomi 15 Pro”nun 6000 mAh tutumlu silikon-karbon mənfi elektrod batareyası ilə təchiz ediləcəyi bildirilirdi.

“Xiaomi 14 Pro”nun 4880 mAh batareya ilə təqdim edildiyini nəzərə alsaq, bunun əhəmiyyətli bir yeniləmə olacağı şübhəsizdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru