“Hədəf mülki obyektlər olub” - Rusiya ilk dəfə Ukarynada bu bombadan istiafdə edib

2-09-2024, 19:01           
“Hədəf mülki obyektlər olub” - Rusiya ilk dəfə Ukarynada bu bombadan istiafdə edib
Xəbər verildiyi kimi, qısa fasilədən sonra Rusiya 30-31 avqustda yenə Ukraynanın Xarkov şəhərini bombalayıb.

Həmin hücum zamanı Rusiya Ukraynada ilk dəfə olaraq “Qrom-E1” - hibrid raket və idarə olunan hava bombasından istifadə edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Xarkovun meri İqor Terexov məlumat verib.

O, qeyd edib ki, avqustdakı qısa fasilədən sonra Rusiya Federasiyası Xarkova hücumlarını yenidən gücləndirib: "Düşmənin hədəfləri, həmişə olduğu kimi, mülki obyektlər və partlayış zamanı evdə olan, küçədə gəzən və ya işləyən adi mülki insanlar idi".

Qeyd edək ki, Xarkova endirilən son zərbə nəticəsində hündürmərtəbəli binalara, fərdi yaşayış evlərinə, inzibati binalara, ticarət obyektlərinə, avtomobillərə ziyan dəyib. Yüzə yaxın insan yaralanıb, altı nəfər həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru