BMW milyon yarım maşınını geri çağırır - ciddi peoblem var

11-09-2024, 17:58           
BMW milyon yarım maşınını geri çağırır - ciddi peoblem var
BMW şirkəti inteqrasiya olunmuş əyləc modulunda yaranan problemlərə görə 1.5 milyon avtomobili geri çağırdığını elan edib.
Bu barədə championat.com məlumat yayıb.

Qeyd olunub ki, bu, Bavariya konserninin avtomobillərinin ikinci böyük geri çağırışıdır. Daha əvvəl Çində aşağı keyfiyyətli təhlükəsizlik yastıqlarına görə 1.4 milyon avtomobil geri çağırılmışdı.

Analitiklərin fikrincə, geri çağırılma və təmir BMW-yə yüzmilyonlarla dollara başa gələcək. Bunun fonunda şirkət rəhbərliyi 2024-cü il üçün proqnoza yenidən baxıb. Əgər əvvəllər konsern mənfəət dərəcəsini 8-10% gözləyirdisə, indi təxmin 6-8%-ə düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru