Rumıniyada parlament binası yandırıldı

18-09-2024, 10:37           
Rumıniyada parlament binası yandırıldı
Rumıniyanın paytaxtı Buxarestdə parlament binasının ziyarətçilər üçün nəzərdə tutulmuş hissəsi hələlik şəxsiyyəti məlum olmayan bir nəfər tərəfindən yandırılıb.

Bu barədə "Haber Global" xəbər verir.

Məlumata görə, binada olan 300 nəfər təxliyə edilib.

Hadisə yerindən qaçan cinayətkarın tutulması üçün işlər aparılır.

Hücumun səbəbi bilinməsə də, hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğınsöndürənlərin müdaxiləsi ilə alov söndürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru