“TikTok”a qarşı daha bir iddia: Uşaqların hüquqlarını pozur!

5-10-2024, 10:34           
“TikTok”a qarşı daha bir iddia: Uşaqların hüquqlarını pozur!
Dünyanın ən məşhur sosial media platformalarından biri olan “TikTok” mübahisəli macərasını davam etdirir. Platforma dəfələrlə məhkəmə çəkişmələrinə məruz qalıb. Şirkətin ABŞ ilə mübahisəsi böyüməkdə davam edir.

İndex.az xəbər verir ki, ABŞ platformanın Çinə məlumat sızdırdığını iddia edərək dəfələrlə məhkəməyə müraciət edib.

Davam edən işlərin əksəriyyətində ən böyük ittihamlardan biri “TikTok” platformasının uşaq istifadəçilərə qarşı siyasəti idi.

Texas Baş prokuroru Ken Paxton, uşaqların hesablarının qanunsuz olaraq şəxsi məlumatlarını yazdığını və satdığını iddia etdi. Ümumiyyətlə cinayət sayılacaq bu davranış sosial mediada uşaqların hüquqlarının qorunmasına yönəlmiş yeni dövlət qanununu da pozur.

“TikTok” isə dərhal cavab verdi və bu iddianı rədd etdi. Paxton deyir ki, TikTok bu tələblərə əməl etmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru