Almaniyanın hava limanlarında polisin kompüter sistemi sıradan çıxıb

4-01-2025, 10:34           
Almaniyanın hava limanlarında polisin kompüter sistemi sıradan çıxıb
Almaniyanın bütün hava limanlarında federal polisinin kompüter sistemi sıradan çıxıb.

Bu barədə “Bild” hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.

Qeyd olunub ki, bu problem polisin ölkəyə girişə nəzarət etmək üçün istifadə etdiyi sistemlərə təsir edib.

Almaniyada hava limanının təhlükəsizliyinə cavabdeh olan federal polis nümayəndəsi bildirib:

“Həmkarlarımız bir çox şeyi əllə, sistemin əvvəllər etdiyi işləri görməyə məcburdurlar. Biz hələ də işin öhdəsindən gəlirik”.

Eyni zamanda, “WDR” yayım şirkəti Düsseldorf hava limanında xüsusilə təhlükəsizlik sektorunda uzun növbələrin olduğunu bildirir. Sərnişinlər təxminən iki saat gözləməli olurlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru