İdmançıların törətdiyi insidentlə bağlı daha bir nəfər TUTULDU

Dünən, 00:10           
İdmançıların törətdiyi insidentlə bağlı daha bir nəfər TUTULDU
Yanvarın 4-də gecə saatlarında baş verən kikboksçu və boksçu məşqçilərin iştirakı ilə törədilmiş cinayət işi ilə bağlı daha bir nəfər saxlanılıb.

TEREF prosport.az-a istinadən xəbər verir ki, kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov Xətai Rayon Polis Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, "Lord" ləqəbli Ramal Aslanov DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücumda iştirak edən Elnur Həmidov, Elçin Hüseynov və Elvin Məmmədova sifarişi verən şəxs kimi şübhəli bilinir.

Ramal Aslanovla Fuad Zeynalov bir federasiyada işləsə də, uzun müddət aralarında soyuq münasibətlər olub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.