Ukrayna ordusu rusları darmadağın etdi

6-01-2025, 12:21           
Ukrayna ordusu rusları darmadağın etdi
Dünən Ukrayna ordusu işğal altında olan Toretski şəhəri yaxınlığındakı rus ordusunu darmadağın edib.
Bu barədə DeepState layihəsi məlumat yayıb.

Məlumatda deyilir ki, əsas döyüşlər şəhərin qərb istiqamətində baş tutub. Və iki günlük hücumlardan sonra ruslar ərazidən qaçıblar. Bunun ardından isə Kiyev ordusu Toretski şəhərinə daxil olub. “Şəhərdə çox xaotik vəziyyət hökm sürür. Orada Katsap piyadaları şəhərin dərinliklərinə sızaraq gizlənməyə və evlərdə möhkəmlənməyə çalışır”.

Hazırda həmin döyüşlərdə iştirak edən yüksək çini zabit Yevgeni İevlev deyib ki, Ukrayna ordusu işğalçıları tapıb məhv etmək üçün səylər göstərir. “Lakin sıx tikinti və rus piyadalarının çoxluğu səbəbindən bunu etmək son dərəcə çətindir. Bəzən patron çatdırmaq olmur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru