Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi - FOTO

13-01-2025, 17:46           
 Bakıda ölüm saçan klinika:
Bakıda yerləşən "Mərcan Medicare" səsküylü ölüm halları ilə bir müddətdir ki, gündəm olub.

TEREF “milli.az”a istinadən xəbər verir ki, 2024-ci ilin dekabrında idman zalının həyətindən meyiti tapılan bloger Nərmin Bəylər qızı İsgəndərovanın "Mərcan Medicare" klinikasında əməliyyat olunduğu məlum olmuşdu.

Sözügedən klinikada ikinci eyni hadisə isə 30 yaşlı Nəzrin Mansurovanın başına gəlib.

O, yanvarın 3-də "Mərcan Medicare" klinikasında burnundan əməliyyat olunub. Daha sonra xanımın beynində fəsad yaranıb və komaya düşüb. "Liv Bona Dea Hospital"ın Reanimasiya şöbəsinə yerləşdirilən N.Mansurova süni tənəffüs aparatına qoşulub, intensiv müalicə aparılıb. Göstərilən səylərə baxmayaraq, xəstə komadan ayılmayıb və dünyasını dəyişib.

Qeyd edək ki, sözügedən hadisə ilə bağlı jurnalistlərin klinikanın baş həkimi ilə əlaqə saxlama cəhdləri uğursuz alınıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru