Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb

Bu gün, 12:06           
Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb.

"Report" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, məsələ ilə bağlı konkret faktlar var:

"Bu faktlarla bağlı cinayət işi açılıb, istintaq davam edir. Belə halların bir daha baş verməməsi üçün Baş Prokurorluq aidiyyatı qurumlarla bağlı qabaqlayıcı tədbirlər görür. Bu sahədə problemlər araşdırılır və gələcəkdə baş verməməsi ilə bağlı tədbirlər görülür".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.