Dördüncü nəsil "iPhone SE" smartfonunun təqdimatı təxirə salındı

13-02-2025, 16:37           
Dördüncü nəsil "iPhone SE" smartfonunun təqdimatı təxirə salındı
"Apple" şirkəti dördüncü nəsil "iPhone SE" modelinin anonsunu gələn həftəyə keçirib.

Bunu "Bloomberg"in jurnalisti Mark Qurman "X" sosial şəbəkə hesabında yazıb.

O daha əvvəl iddia edirdi ki, sözügedən modelin təqdimatı fevralın 10-dan 14-dək baş tutacaq. Bununla belə, yeni anonsun dəqiq tarixi barədə də məlumat verilmir.

Bundan başqa, "Apple" bir neçə digər anons da hazırlayır. Şirkət cümə günü "Apple Vision Pro"nun qarşıdakı yenilənməsinə həsr olunmuş təqdimat keçirəcək.

Qeyd edək ki, "iPhone SE 4"ün 6,06 düymlük OLED displeyə, "Face ID"ə, 48 meqapiksellik kameraya malik olacağı deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru