Bədəndə dəmir çatışmazlığının əlamətləri hansılardır?

9-03-2025, 11:36           
Bədəndə dəmir çatışmazlığının əlamətləri hansılardır?
"Dəmir çatışmazlığı dünyada ən çox rast gəlinən mineral çatışmazlığından biridir. Bədəndəki dəmirin çoxu hemoqlobində olur. Bədənimiz öz-özünə dəmir istehsal etmir, ona görə də onu qidadan almaq vacibdir".

Bunu Gazeta.ru-ya terapevt və kardioloq İrina Çekmaryova deyib.

Onun sözlərinə görə, dəmir çatışmazlığının ilk və ən çox görülən əlaməti yorğunluqdur:

"Dəmir çatışmazlığının digər ümumi təzahürlərinə dəri və selikli qişaların solğunluğu daxildir. Saç və dırnaqların vəziyyətindəki dəyişikliklərə də diqqət yetirmək lazımdır. Dəmir çatışmazlığı saçın zəifləməsinə və dırnaqların sınmasına səbəb ola bilər. Daha bir simptom isə fiziki fəaliyyət zamanı nəfəs darlığı və sürətli ürək döyüntüsüdür".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru