Antarktida üzərindəki ozon dəliyi aradan qalxır

Bu gün, 12:26           
Antarktida üzərindəki ozon dəliyi aradan qalxır
Antarktida üzərindəki ozon dəliyi freonlara beynəlxalq qadağalar sayəsində aradan qalxır.

Bu barədə 20min.сh portalı məlumat yayıb.

Uzun müddətdir ki, saysız-hesabsız məhsullarda xloroflorokarbonlar aşkar edilib. Onların ozon təbəqəsinə təsiri ilə əlaqədar ciddi qadağalar qəbul edilib. Son tədqiqatlar bu qadağaların effektivliyini sübut ediblər.

Massaçusets Texnologiya İnstitutunun alimləri Monreal protokolunun ozon təbəqəsini məhv edən maddələrə müsbət təsirini 95% əminliklə nümayiş etdiriblər. O, dəri xəstəliklərinə və gözün zədələnməsinə səbəb ola biləcək zərərli ultrabənövşəyi radiasiyadan qoruyur.

Xatırladaq ki, son onilliklərdə Antarktida üzərində nəhəng ozon dəliyi müşahidə edilirdi. Bunun əsas səbəbkarları vaxtilə aerozol qutularında, soyuducularda və kondisionerlərdə istifadə olunan freonlardır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.