Trampın qolf oynamağı ABŞ-ni ziyana saldı

10-03-2025, 00:05           
Trampın qolf oynamağı ABŞ-ni ziyana saldı
ABŞ Prezidenti Donald Trampın Floridadakı qolf sahələrində istirahəti yanvarın 20-də Ağ Evə qayıtdığı vaxtdan amerikalı vergiödəyicilərinə 18 milyon dollardan çox başa gəlib.

Bu barədə “HuffPost” portalı yazıb.

Hesablamalara görə, bu müddət ərzində Tramp Florida ştatındakı iki qolf klubunda 13 gün keçirib. Trampın qolf oynaması yüksək xərclər tələb edir. Prezidentin qorumasını təmin etmək üçün ABŞ Sahil Mühafizəsinin gəmiləri və xeyli sayda hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə cəlb edilir.

Nəşr qeyd edib ki, ilk prezidentlik müddətində Trampın qolf oyunları zamanı təhlükəsizliyinin təmin edilməsi xərcləri ABŞ-yə 151,5 milyon dollara başa gəlib. Nəşr ikinci müddət üçün xərclərin daha çox olacağını ehtimal edir.

Xatırladaq ki, 2024-cü ildə seçki kampaniyası zamanı hazırkı ABŞ Prezidentinə qarşı iki sui-qəsd cəhdi olub, onlardan biri Florida ştatının Uest-Palm-Biç şəhərində, Trampın qolf oynadığı yerin yaxınlığında baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru