Bakıda yeni tibb müəssisəsi inşa olunur - 26 mln. manatlıq LAYİHƏ
Bu gün, 16:15
Bakıda İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin tikintisinin ikinci mərhələsinə başlanılır.
Bu barədə İqtisadiyyat.az Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyətindən məlumat əldə edib.
Məlumat üçün bildirək ki, İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsi paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində layihələndirilib.
Müəssisənin birinci mərhələ üzrə tikintisinə 2023-cü ilin sonlarında start verilib və tikinti işlərini “Uni KO” MMC həyata keçirib. Açıqlanan rəsmi məlumata görə, tibb müəssisəsinin birinci mərhələ üzrə tikintisinə 7 379 965,68 manat sərf olunub.
Hazırda isə Narkoloji Tibb Müəssisəsinin ikinci mərhələ üzrə tikintisinə başlanılır və nazirlik tikintinin davamına 18 522 080 manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.