Korrupsiyaya görə işdən çıxarılan qadın məmur həbs edildi

15-03-2025, 12:14           
Korrupsiyaya görə işdən çıxarılan qadın məmur həbs edildi
Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin tədris işləri üzrə sabiq direktor müavini Lalə Novruzova həbs edilib.

2022-ci ildə korrupsiya əməlləri ilə bağlı işdən çıxarılan L.Novruzovaya hökm oxunub.

Məhkəmədə o, Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci (Külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin balansında olan təhsil mərkəzində aparılan yoxlamalar zamanı külli miqdarda pulun ələ keçirilməsi üzə çıxıb. Həmin vaxt Lalə Novruzova vəzifədən azad edilib və mərkəzdə qarmon müəllimi kimi fəaliyyətinə davam edib.

İstintaq müddətində o, polisin nəzarəti altına verilməklə sərbəst buraxılıb.

Məhkəmə Lalə Novruzovanın dövlət büdcəsinə vurduğu ziyanı ödəməməsini əsas götürərək onun həbs edilməsinə qərar verib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq vəzifəli şəxsə 3 il 6 ay həbs cəzası verilib. O, məhkəmə zalında həbs edilib.

Təqsirləndirilən şəxsdən 32.215,07 manat pulun tutularaq zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Mədəniyyət Nazirliyinə ödənilməsi də hökmdə öz əksini tapıb.

Qeyd edək ki, L. Novruzova 2013-2022-ci illərdə Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin tədris işləri üzrə direktor müavini vəzifəsini icra edib. \\Qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru