51 yaşlı hindistanlı dünyanın ən bahalı itini aldı – 5,7 milyon dollara

Bu gün, 12:34           
51 yaşlı hindistanlı dünyanın ən bahalı itini aldı – 5,7 milyon dollara
Kadabomb Okami adlı dünyanın ən bahalı iti martın 18-də baş tutan hərracda 5,7 milyon dollara (9,7 milyon manat) satılıb.
Yeniavaz.com “Daily Mail”ə istinadla xəbər verir ki, ABŞ-də doğulan heyvan Hindistandan olan 51 yaşlı sahibinə təhvil verilib.
Bildirilir ki, bu adamın 150-dən çox müxtəlif cins itləri var.
“O (Kadabomb Okami – red.), çox nadir it cinsidir və canavara bənzəyir. Bu cins əvvəllər dünyada satılmayıb. Mən bu iti almaq üçün 500 milyon rupi xərclədim, çünki mən itləri və onları Hindistanla tanış etməyi sevirəm”, - deyə itin yeni sahibi S. Satis bildirib.
“Okami çox tüklü və böyük itdir. O, eyni zamanda həm canavar, həm də Qafqaz çoban itinə bənzəyir”, - nəşr yazır.
Bildirilir ki, Satis belə heyvanlardan yaxşı pul qazanır. Belə ki, o, ən gözəl itləri alır, sonra onlarla müxtəlif tədbirlərdə iştirak edir və heyvanları ilə fotoşəkillər üçün pul alır. O, belə bir tədbir zamanı orta hesabla 2 min 800-11 min 600 ABŞ dolları məbləğində qazanır.
Satis itlərini 10 fut hündürlüyündə hasarı olan və təhükəsizlik kameralarının nəzarətindəki bir ərazidə saxlayır. O, 1990-cı ildən it yetişdirməyə başlayıb, daha sonra indi diqqət mərkəzində olan öz şirkətini təsis edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.